Numan Kurtulmuş Azərbaycana səfər edəcək
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycana səfər edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, səfər iyunun 23-də baş tutacaq.
TBMM sədri səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı (İƏT Pİ) Konfransının 20-ci sessiyasında iştirak edəcək.
Qeyd edək ki, İƏT Pİ Konfransı 22-25 iyun tarixlərində Bakıda keçiriləcək.








