Azərbaycanda "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" dəyişib -

Azərbaycanda "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" dəyişib - FƏRMAN

06 Fevral 2026

Prezident İlham Əliyev 18 yanvar 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası"nda dəyişiklik edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra sənaye məhəllələrinin rezidentlərinin investisiya təşviqi sənədi almaq üçün təqdim etdiyi strateji investisiya layihələrində minimal investisiya məbləği 1 milyon manat olmalıdır.