Azərbaycanda ötən il ümumi taxıl istehsalı 3 faiz artıb

Azərbaycanda ötən il ümumi taxıl istehsalı 3 faiz artıb

07 Fevral 2026

Azərbaycanda ötən il ümumi taxıl istehsalı 3 faiz artıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "AzTV"yə müsahibə zamanı deyib.

Onun sözlərinə görə, ölkədə taxıl məhsuldarlığı 31 sentnerdən 33,4 sentnerə yüksəlib:

""Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Dövlət Proqramı çərçivəsində biz keçən il məhsuldarlığın 40,6 sentnerdən 56,7 sentnerə artdığını gördük. 56,7 sentnerə müasir suvarma ilə nail olduq. Odur ki, su resurslarının qorunması ən birinci və ümdə məsələlərdən biridir".