Ali Məclisin Hüquq siyasəti komitəsinin  növbəti iclası keçirilib

Ali Məclisin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

07 Fevral 2026

Fevralın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinin müzakirəsinin daxil edildiyini bildirib.

İclasda qanun layihələri haqqında Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Rahib Kərimov məlumat verib.

Gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparıldıqdan sonra qanun layihələrinin Ali Məclisin plenar iclasına təqdim olunması tövsiyə edilib.