Naxçıvan Ali Məclisinin yaz sessiyasının ikinci iclasının gündəliyi açıqlanıb

Naxçıvan Ali Məclisinin yaz sessiyasının ikinci iclasının gündəliyi açıqlanıb

07 Fevral 2026

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının fevralın 9-da keçiriləcək ikinci iclasının gündəliyi açıqlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, gündəliyə iki məsələ daxil edilib. Belə ki, iclasda “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Eyni zamanda “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də birinci oxunuşda baxılması nəzərdə tutulur.

Qanun layihələrinin müzakirəsindən sonra müvafiq qərarların qəbul ediləcəyi gözlənilir.