DTX-nin saxladığı şəxs terrorla bağlı yalan məlumata görə həbs edildi

DTX-nin saxladığı şəxs terrorla bağlı yalan məlumata görə həbs edildi

16 Fevral 2026

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan, Azərbaycanda terror barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Vitali Zabolotski 6 il müddətə azadlıqdan məhrum edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, Vitali Zabolotski DTX tərəfindən saxlanılıb. Ona AR Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb.