Ali Məclisin Hüquq siyasəti  komitəsinin iclası keçirilib

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

16 Fevral 2026

Fevralın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, komitə sədri Əjdər Əliyev bildirib ki, iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması haqqında” Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsinin müzakirəsi daxil edilib.

Gündəlik təsdiq olunduqdan sonra komitə sədri qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsi Ali Məclisə daxil olub və müzakirə üçün komitəyə göndərilib.

İclasda Ombudsman Aparatının İnsan hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə şöbəsinin müdiri Vahidə Bayramova layihə barədə məlumat verib.

Gündəlikdə duran məsələ ilə bağlı müzakirələr aparıldıqdan sonra “Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması haqqında” Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsinin Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunması tövsiyə edilib.