İnternetdə ictimai mənəviyyata zidd hərəkətlərə görə məsuliyyət... HÜQUQ MƏSLƏHƏTİ
Sual: İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər hansı məsuliyyətə səbəb olur?
Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən, internetdə kütləvi nümayiş etdirilən, ictimai mənəviyyatı təhqir edən, əxlaqsız ifadələr səsləndirən, qeyri-etik jestlər edən və ya insan bədəninin hissələrini milli-mənəvi dəyərlərə zidd formada nümayiş etdirən şəxslər 500 manatdan 1000 manatadək cərimə olunur.
İşin hallarından və şəxsin xüsusiyyətlərindən asılı olaraq bu tədbirlər kifayət hesab edilmədikdə 1 ayadək inzibati həbs tətbiq oluna bilər.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Nazlı İsmayılzadə








