Vuçiç: Serbiyanın Azərbaycandan öyrənməli olduğu məqamlar çoxdur
Serbiyanın Azərbaycandan öyrənməli olduğu məqamlar çoxdur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.
O qeyd edib ki, iki ölkənin qarşılıqlı münasibətlərinin parlaq gələcəyi var:
"Serbiya və Azərbaycan xalqına bildirmək istəyirəm ki, söhbət apararkən biz müxtəlif mövzulara fərqli bucaqlardan yanaşırıq və fikirlərimizi bir-birimizlə bölüşürük, buna önəm veririk. Bizim ölkəmizin sizdən öyrənməli olduğu şey çoxdur".








