İlham Əliyev Belqradda Heydər Əliyev və Milorad Paviçin abidələrini ziyarət edib - FOTO
Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 15-də Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dövlətimizin başçısı abidələrin önünə əklil qoydu.



















