Serbiyada Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO
Serbiya Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dövlət başçısının şərəfinə Sarayın qarşısında fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyevi Serbiya Prezidenti Aleksandar Vuçiç qarşılayıb.
Daha sonra hər iki ölkənin dövlət himni səsləndirilib.















