Həmkarlar ittifaqı üzvləri üçün Ağbulaqda növbəti qış istirahəti təşkil edilib -

Həmkarlar ittifaqı üzvləri üçün Ağbulaqda növbəti qış istirahəti təşkil edilib - FOTO

15 Fevral 2026

Fevralın 14-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində ittifaq üzvləri üçün növbəti qış istirahəti həyata keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iki gün davam edən proqramda 50 nəfər üzv iştirak edib. İştirakçıların rahat və mənalı istirahəti üçün bütün zəruri şərait yaradılıb. Qonaqlar üçün gün ərzində üç dəfə dadlı və çeşidli süfrə təqdim edilib. Axşam saatlarında təşkil edilən canlı musiqi, əyləncəli oyunlar və intellektual yarışlar onlarda xoş anlar yaşadıb. İttifaq üzvləri mərkəzin qış turizmi imkanlarından yararlanaraq xizək sürüb, kanat yolundan istifadə edib və digər aktiv istirahət növlərindən faydalanıblar. Tədbir iştirakçıların həm sağlam, həm də maraqlı həftəsonu keçirməsinə şərait yaradıb.

Qeyd edək ki, layihə ittifaq üzvləri üçün güzəştli şərtlərlə həyata keçirilir və iştirakçılar yollayışın yalnız 15 faizini ödəməklə Ağbulaq İstirahət Mərkəzinin bütün imkanlarından istifadə ediblər.