Dövlət əmlakının icarəsindən büdcə daxilolmaları 4 %-dən çox artıb

Dövlət əmlakının icarəsindən büdcə daxilolmaları 4 %-dən çox artıb

15 Fevral 2026

Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 4,9 milyon manat təşkil edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, icarə daxilolmaları proqnozdan 4,4 % çox icra edilib.

Xatırladaq ki, bu il ƏMDX icarədən büdcəyə 40 milyon manat vəsait köçürməlidir. Beləliklə, 1 ay ərzində həmin məbləğin 12,25 %-i təmin olunub.