Cinayət prosesində tutulma hansı şəxslərə tətbiq oluna bilər? -

Cinayət prosesində tutulma hansı şəxslərə tətbiq oluna bilər? - HÜQUQ MƏSLƏHƏTİ

13 Fevral 2026

Sual: Cinayət prosesində tutulma hansı şəxslərə tətbiq oluna bilər?  

Cavab:  Cinayət prosesində tutulma yalnız aşağıdakı şəxslərə tətbiq oluna bilər:

1. cinayəti törətməkdə şübhəli olan şəxsə;

2. ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə;

3. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov