Azərbaycandan Ukraynaya göndərilən yardım aidiyyəti üzrə təhvil verilib -

Azərbaycandan Ukraynaya göndərilən yardım aidiyyəti üzrə təhvil verilib - FOTO

13 Fevral 2026

Azərbaycandan Ukraynaya göndərilən enerji avadanlıqlarından ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev "X" sosial media hesabında paylaşım edib.

S. Mərdəliyev bildirib ki, Ukraynanın Bakıdakı səfiri Yuri Qusev və Kiyev vilayətinin rəhbəri Mikolay Kalaşnikin iştirakı ilə müvafiq avadanlıqlar İrpin şəhərinə təhvil verilib.

M. Kalaşnik də sosial media hesabında paylaşım edərək göstərilən yardıma görə Azərbaycana təşəkkür edib. "Bu, xalqlarımız arasındakı həqiqi həmrəyliyin nümunəsidir", - Kiyev vilayətinin rəhbəri vurğulayıb.

O qeyd edib ki, Azərbaycan regionun bərpasında uzunmüddətli və etibarlı tərəfdaşdır:

"İrpendə artıq bir sıra mühüm layihələr həyata keçirilib: Zərifə Əliyeva adına 12 nömrəli məktəb bərpa edilib, mərkəzi şəhər xəstəxanası yenilənib, təhsil və ictimai məkanlarda infrastruktur təşəbbüsləri reallaşdırılıb. Dövlətlərarası və regionlararası tərəfdaşlıq çərçivəsində yeni layihələr üzərində işlər davam edir".

Daha əvvəl Y. Qusev xarici işlər naziri Andrey Sibiqanın "Ukrayna üçün istilik" təşəbbüsü çərçivəsində Azərbaycan vətəndaşlarının Ukraynaya enerji avadanlıqlarından ibarət humanitar yardım göndərdiyi barədə məlumat paylaşmışdı.