Naxçıvan deputatları ilə bağlı yenilik
Naxçıvan Ali Məclisi deputatının etik davranış qaydaları haqqında qanunvericilik genişləndirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu məsələ “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda öz əksini tapıb.
Belə ki, daha əvvəl deputatın etik davranış qaydaları haqqında qanunvericilik aşağıdakılardan ibarət idi:
- Azərbaycan Respublikasının Konstitusiyası;
- Naxçıvan Muxtar Respublikasının Konstitusiyası;
- “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu;
- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi;
- “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu və buna uyğun hazırlanan digər normativ hüquqi aktlar;
Qanunla “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu da bu siyahıya əlavə edilib.
Bununla “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu Naxçıvan Ali Məclisi deputatları üçün etik davranış qaydaları haqqında qanunvericilik aktı hesab ediləcək.








