İcmal büdcənin gəlirləri və xərcləri açıqlanıb

İcmal büdcənin gəlirləri və xərcləri açıqlanıb

12 Fevral 2026

Bu ilin yanvar ayında Azərbaycanın icmal büdcəsinin gəlirləri 4 milyard 411,9 milyon manat, xərcləri isə 1 milyard 717,5 milyon manat təşkil edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Son nəticədə ötən ay büdcədə 2 milyard 694,4 milyon manat profisit yaranıb.