Heyvanlarla rəhimsiz şəkildə rəftar etmək hər hansı bir məsuliyyət yaradırmı? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Heyvanlarla rəhimsiz şəkildə rəftar etmək hər hansı bir məsuliyyət yaradırmı?
Cavab: Bəli, inzibati məsuliyyət yaradır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə – beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, eyni əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə – səkkiz yüz manatdan min manatadək məbləğdə, heyvanın şikəst edilməsinə səbəb olduqda min manatdan min beş yüz manatadək məbləğdə, həmçinin heyvanların tələf edilməsinə səbəb olduqda – min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Heydər İbrahimli








