İnzibati icraatda hansı şəxslər şahid kimi sorğu-sual edilə bilməz? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İnzibati icraatda hansı şəxslər şahid kimi sorğu-sual edilə bilməz?
Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 68-ci maddəsinə əsasən aşağıdakı şəxslər şahid kimi sorğu-sual edilə bilməz:
Fiziki və ya psixi pozuntularına görə iş üçün əhəmiyyətli halları dərk edə və düzgün izahat verə bilməyən şəxslər;
Müdafiəçi vəzifəsini icra edərkən inzibati xəta törətmiş şəxsdən əldə etdiyi məlumatlar barədə həmin şəxsin müdafiəçisi;
Nümayəndəlik (qanuni nümayəndə) vəzifəsini icra edərkən məlum olmuş hallar barədə fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi;
“Mediasiya haqqında” Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, mediasiya zamanı məlum olan məlumatlar barədə mediasiya iştirakçıları və digər şəxslər;
Arbitraj icraatı zamanı məlum olan hallar barədə arbitrlər.
Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri - Elməddin Bağırov








