Qaz qurğuları və xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə məsuliyyət... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə müayinə və texniki xidmət qaydalarının pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə hansı məsuliyyətə səbəb olur?
Cavab: İnzibati Xətalar Məcəlləsinin 279.1.1, 279.1.1-1, 279.1.6 və 279.1.7-ci maddələrinə əsasən qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Bu pozuntulara texniki istismar qaydalarının pozulması, müayinə və texniki xidmət tələblərinə əməl edilməməsi, dövlət və sahə standartlarının pozulması, eləcə də enerjinin qanunsuz kəsilməsi daxildir.
Bu hallara görə:
Fiziki şəxslər 200 manatdan 400 manatadək,
Vəzifəli şəxslər 1.000 manatdan 1.500 manatadək,
Hüquqi şəxslər 2.500 manatdan 3.000 manatadək məbləğdə cərimə edilir.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi, vəzifəsi üzrə stajor - Nazlı İsmayılzadə








