MMC iştirakçıları öhdəlikləri üzrə məsuliyyət daşıyırlarmı? -

MMC iştirakçıları öhdəlikləri üzrə məsuliyyət daşıyırlarmı? - HÜQUQ MƏSLƏHƏTİ

10 Fevral 2026

Sual: MMC iştirakçıları öhdəlikləri üzrə məsuliyyət daşıyırlarmı?  

Cavab: Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

Cəmiyyət Mülki Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması və ya Mülki Məcəllədə müəyyən edilmiş qaydalar və məhdudiyyətlər nəzərə alınmaqla fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov