Naxçıvan əhalisinin sayı açıqlanıb

Naxçıvan əhalisinin sayı açıqlanıb

16 Fevral 2026

Naxçıvan MR Dövlət Statistika Komitəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, 2026-cı il yanvarın 1-nə olan göstəriciyə görə, Naxçıvan Muxtar Respublikasında əhalinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1486 nəfər və ya 0,3 faiz artaraq 472 min 429 nəfərə çatıb.

Bu göstərici muxtar respublikanın demoqrafik inkişafının müsbət dinamika üzrə davam etdiyini göstərir. İllik artım həm təbii artım, həm də miqrasiya balansı ilə izah olunur.