Naxçıvanlı idmançı Bakıda keçirilən turnirin qalibi olub -

Naxçıvanlı idmançı Bakıda keçirilən turnirin qalibi olub - FOTO

16 Fevral 2026

Azərbaycan Texniki Universitetinin idman sarayında kikboksinq idman növü üzrə “Şimal” İdman Klubunun birinciliyi keçirilib. Azərbaycan Kikboksinq Federasiyası və “Şimal” Kikboksinq Klubunun təşkilatçılığı ilə yeniyetmələr, kadetlər və qızlar arasında təşkil olunan yarışda ölkənin müxtəlif bölgələrindən idmançılar qüvvələrini sınayıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasını yarışda “Ləvənt Bulut” Döyüş Klubunun idmançısı Hüseyn Behbudov təmsil edib. Kadetlər (2014-2016) arasında 37 kq çəki dərəcəsi üzrə mübarizə aparan Hüseyn keçirdiyi 4 görüşün hər birində qələbə qazanaraq turnirin kubokuna sahib çıxıb.