Yeni tədris ili üzrə xaricdə təhsil proqramına sənəd qəbulu avqustda başa çatacaq

Yeni tədris ili üzrə xaricdə təhsil proqramına sənəd qəbulu avqustda başa çatacaq

16 Fevral 2026

Xaricdə təhsil üzrə Dövlət Proqramı əsasında sənədlərin qəbul prosesinin avqustda başa çatacağı gözlənilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026–2027-ci tədris ili üzrə aprelin 15-dən sənəd qəbuluna başlanılacaq:

"Bildiyiniz kimi, hər il 500 nəfər üçün belə bir imkan yaradılır. Bu baxımdan, sənədlər uğurla yerləşdirdikdən sonra müsahibə mərhələsi başlayacaq. Prosesin avqustda yekunlaşması nəzərdə tutulur".