Ər hansı hallarda boşanma iddiası qaldıra bilməz? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hansı hallarda ərin nikahın pozulmasını tələb etmək hüququ məhdudlaşdırıla bilər?
Cavab: Qanunvericiliyə əsasən, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








