Sərxoş halda cinayət törədən şəxs məsuliyyətdən azad oluna bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Sərxoş halda cinayət törədən şəxs məsuliyyətdən azad oluna bilərmi?
Cavab: Xeyr. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən, səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur.
Sualı cavablandırdı: Babək rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri - Camal Sadiqov.








