Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi və ya kommersiya məqsədilə istifadə olunması inzibati məsuliyyət yaradırmı?
Cavab: Bəli. Heyvanlarla rəhmsiz rəftarın təbliğinə, bu cür rəftara açıq çağırışlara və həmin məzmunlu materialların kommersiya məqsədilə istifadəsinə görə 1000 manatdan 1500 manatadək cərimə və ya işin hallarından və şəxsin xüsusiyyətlərindən asılı olaraq bir ayadək inzibati həbs tətbiq oluna bilər.
Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri - Elməddin Bağırov








