Həsən Həsənli: Azərbaycandan yalnız son illərdə hüquq təhsili üçün xaricə gedənlər olur

Həsən Həsənli: Azərbaycandan yalnız son illərdə hüquq təhsili üçün xaricə gedənlər olur

05 Fevral 2026

Azərbaycandan yalnız son illərdə hüquq təhsili almaq üçün üçün xaricə gedənlərin olduğu müşahidə edilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.

Nazir müavini vurğulayıb ki, Azərbaycandan yalnız son illərdə tanınmış xarici hüquq məktəblərində təhsil almağa gedənlər var:

"Diplomların tanınması ilə bağlı müşahidələr göstərir ki, bu məsələdə neqativ hallara rast gəlinir. Düşünürəm ki, bu, daha çox keyfiyyətdən asılıdır. Biz hələ də test sisteminə əsaslanan diplomları tanıyırıq. Xaricdə təhsilin müsbət tərəflərinə baxsaq, son üç ildə ABŞ və digər ölkələrdəki məşhur hüquq universitetlərinə üz tutan gənclərimizin olduğunu görürük. Ümumiyyətlə, yüksək nailiyyətləri olan şagirdlərin təqribən 25 faizi hüquqşünaslıq ixtisasını seçir".