İranda güclü zəlzələ oldu

İranda güclü zəlzələ oldu

01 Fevral 2026

İranda 5,2 maqnitudalı zəlzələ olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Tehran Universiteti Seysmologiya Mərkəzi açıqlama yayıb.

Episentri Buşehr əyalətinin Aseluyə rayonunda olan zəlzələ yerli vaxtla saat 08:41-də qeydə alınıb.

Yeraltı təkanlar 18 kilometr dərinlikdə baş verib.

Dağıntılar və insan tələfatı barədə məlumat yoxdur.