Pit Heqset Müctəba Xameneinin ilk bəyanatını tənqid edib
ABŞ-nin müharibə naziri Pit Heqset İranın yeni ali lideri Müctəba Xameneinin ilk müraciətini zəif adlandırıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" "Sky News"a istinadən xəbər verir ki, o bunu İran liderinin son müraciətini şərh edərkən bildirib.
"Nə səs, nə də videoyazma var idi - bu yazılı bəyanat idi. İranda kamera və diktafon çoxdur. Niyə yazılı bəyanat? Düşünürəm ki, siz səbəbini bilirsiniz", - o qeyd edib.
P.Heqset həmçinin Müctəba Xameneinin yaralandığını bəyan edib.








