Tehrana növbəti dəfə aviazərbələr endirilib
İranda paytaxtın bəzi rayonlarına aviazərbələr endirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə "Al Jazeera" İran KİV-nə istinadən məlumat yayıb.
Tehranın qərb və şərqindəki bəzi rayonlarda bombardmanlar, həmçinin paytaxt üzərindən uçan reaktiv təyyarələrin səsləri barədə məlumat verilir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək irimiqyaslı cavab əməliyyatı barədə bəyan edib.








