Ötən il Azərbaycanda 853 videomüşahidə kamerası quraşdırılıb
Ötən il "Təhlükəsiz şəhər" layihəsi çərçivəsində respublika üzrə daha 225 nöqtədə 853 videomüşahidə kamerası quraşdırılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd edilib.
Hesabata əsasən, ötən il işğaldan azad olunmuş ərazilərdə 19 nöqtədə 70 videomüşahidə kamerası quraşdırılıb.
Hazırda ölkə üzrə ümumilikdə 5,7 min nöqtədə 18,2 min videomüşahidə kamerası (Bakı şəhərində 3,6 min nöqtədə 11,8 min kamera) istismar olunur.








