Ötən il 22 jurnalist Azərbaycanda akkreditasiyadan keçib
2025-ci ildə 10 ölkədən 22 media nümayəndəsi Azərbaycanda akkreditasiyadan keçib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, 2025-ci ildə ölkəmizdə keçirilən müxtəlif tədbirlər, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi və keçmiş məcburi köçkünlərin qayıdışı, postmünaqişə dövründə regionda vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, ölkəmizin tarixi, mədəniyyəti, mətbəx və turizm potensialının işıqlandırılması məqsədilə 37 ölkədən 506 xarici media nümayəndəsi qısamüddətli akkreditasiyadan keçərək ölkəmizə səfər edib.
2025-ci ildə 10 ölkədən olan 22 media nümayəndəsi ölkəmizdə jurnalist kimi fəaliyyət göstərmək üçün uzunmüddətli akkreditasiyadan keçib.








