Əli Əhmədov: 50 minədək müəllimin işsizlik riski yaranır

Əli Əhmədov: 50 minədək müəllimin işsizlik riski yaranır

13 Mart 2026

2015-ci ildə Azərbaycanda 160 mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat  verir ki, bunu Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

“2015-ci ildə Azərbaycanın məktəblərində 1,5–1,6 milyon uşaq təhsil alırdısa, bu temp davam etsə, bir neçə ildən sonra bizim məktəblərdə oxuyanların sayı təxminən 1 milyon olacaq ki, bu da 50 minədək müəllimin işsizlik riskini yaradır.

Bir neçə on ildən sonra isə, yəqin ki, pensiyada olan əhali ilə işləmək qabiliyyətində olan əhali arasında nisbətdə ciddi dəyişikliklər baş verəcək ki, bu da həm iqtisadiyyatımıza, həm də sosial siyasətimizə ciddi təsir göstərə bilər.

Güman edirəm ki, 2026-cı ildə və ondan sonrakı illərdə hörmətli baş nazirin başçılığı ilə hökumətimizin demoqrafik məsələlərə diqqəti artırılmış olacaq”, - deyə Ə.Əhmədov qeyd edib.