Bu il 65 min hektardan çox ərazi minalardan təmizlənəcək
Bu il azad olunan torpaqlarda 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.
Baş nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri davam etdirilir:
"2025-ci ildə 69.2 min hektar, ümumilikdə isə 2020-ci ildən azad edilmiş ərazilərdə 249 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş, ümumilikdə tapıntıların sayı 237 min ədəd təşkil edib.








