Erkən evlilik faktları üzrə 22 halın qarşısı alınıb
2025-ci ildə uşaq və ailələrə dəstək mərkəzləri tərəfindən 1.2 min ailəyə baş çəkilib. Bu səfərlərin 560-ı təhsildən yayınma, erkən evlilik, məişət zorakılığı, ailə mübahisələri, uşaqla ünsiyyət, qəyyumluq və himayə məsələləri ilə bağlı olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, erkən evlilik faktları üzrə 36 ailəyə səfər edilib, 22 halın qarşısı alınıb, 81 uşaq təhsilə cəlb edilib.








