Ötən il 329 bağça işçisinə tənbeh verilib
2025-ci ildə 711 məktəbəqədər təhsil müəssisəsində planlı və məqsədyönlü monitorinqlər aparılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabata görə, monitorinqlər nəticəsində müəyyən edilmiş uyğunsuzluqlar vənöqsanlar üzrə müvafiq tədbirlər görülüb, o cümlədən 329 nəfər əməkdaş barəsində intizam tənbehi tədbirləri tətbiq edilib.
Qeyd edək ki, hesabat dövründə məktəbəqədər təhsil üzrə keyfiyyət monitorinqlərinə cəlb ediləcək 100 müəssisə müəyyən edilib, 52 məktəbəqədər təhsil müəssisəsində Təhsildə Keyfiyyətin Təminatı agentliyi tərəfindən monitorinqlər aparılıb.








