Magistraturaya qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyat vaxtı açıqlanıb

Magistraturaya qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyat vaxtı açıqlanıb

12 Mart 2026

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə DİM məlumat yayıb.

Məlumata görə, imtahanda 1 nəfər 96 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat 1 – 14 aprel 2026-cı il tarixlərində aparılacaq. İmtahan isə mayın 17-də keçiriləcək.

Xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri fevralın 17-də olan olunub. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim olunub. İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 olmaqla, ümumilikdə 100 bal toplaya bilərlər.