Məcid Seyidov Şahbuzda vətəndaşları qəbul edib - FOTO
Martın 12-də Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov Şahbuz şəhərində vətəndaş qəbulu keçirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbuldan öncə Məcid Seyidov Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Abidə önünə gül dəstəsi qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.
İcra Hakimiyyətində reallaşan qəbul zamanı müraciətlər əsasən, rayon ərazisində, xüsusən də kəndlərdə idman infrastrukturunun yaradılması, idman inventarları ilə təminat, gənclərin asudə vaxtının səmərəli təşkili və digər məsələlərlə bağlı olub. Müraciətlərin əksəriyyətinə yerində baxılıb və cavablandırılıb, digərlərinin həlli istiqamətində isə qanunvericiliyə uyğun olaraq işlər aparılacaqdır.












