Magistratura imtahanında yeganə ölkə birincisi BANM tələbəsi olub

Magistratura imtahanında yeganə ölkə birincisi BANM tələbəsi olub

12 Mart 2026

Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının yekun nəticələrinə görə, ölkə üzrə ən yüksək nəticə göstərən yeganə şəxs Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olub.

BANM-dən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, İnformasiya təhlükəsizliyi ixtisasının 5-ci kurs tələbəsi Elvina Əliyeva 96 bal toplayaraq ölkə birincisi adını qazanıb. BANM-ə 689,6 balla qəbul olan Elvina Əliyeva Prezident təqaüdünə layiq görülüb.