Ceyhun Cəlilov tərəfindən  növbəti vətəndaş qəbulu keçirilib -

Ceyhun Cəlilov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib - FOTO

13 Mart 2026

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tərəfindən  növbəti vətəndaş qəbulu keçirilib

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul zamanı vətəndaşların, o cümlədən müharibə iştirakçılarının müraciətləri dinlənilib. Vətəndaşlar əsasən sosial təminat, məşğulluq, əlillik, kommunal xidmətlər, həmçinin digər sosial məsələlərlə bağlı müraciətlər ediblər.

Səlahiyyətli nümayəndə hər bir müraciətə həssaslıqla yanaşıldığını qeyd edərək qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və onların həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.

Qeyd olunub ki, vətəndaşların müraciətlərinin dinlənilməsi, onların sosial problemlərinin həlli istiqamətində operativ tədbirlərin görülməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə vətəndaş qəbulları mütəmadi olaraq davam etdirilir.