Naxçıvanda “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib -

Naxçıvanda “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib - FOTO

13 Mart 2026

Martın 13-də “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarə olunması sahəsində ictimai maarifləndirməni artırmaq məqsədilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Araz” supermarketin, eyni zamanda Cahan Ticarət Mərkəzinin qarşısında təşkil olunan aksiya zamanı vətəndaşlar ümumi tutumu 1716 litr olan plastik, 73 litr olan şüşə tullantı, 161 ədəd işlənmiş batareya təhvil verərək əvəzində 80 ədəd badam, tut və qızılçam tingləri eyni zamanda dibçəkdə həmişəbahar bitkisi əldə ediblər.

Aksiyanın keçirilməsində məqsəd əhalinin tullantıların çeşidlənməsi və təkrar emala yönləndirilməsi istiqamətində fəal iştirakını təmin etmək, tullantıların ətraf mühitə mənfi təsirlərini azaltmaq, ekoloji düşüncəni formalaşdırmaq, həmçinin yaşıllıqların artırılmasına və cəmiyyətin ekoloji məsuliyyətinin gücləndirilməsinə dəstək olmaqdır.