Narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan müəllimlər İnstitutunda “Narkomaniyaya qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun ümumi işlər üzrə prorektoru Xəyal Camalov giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Mustafa Həsənov , Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli, Naxçıvan Müəllimlər İnstitutunun Humanitar və ictimai fənlər kafedrasının müəllimi Zeynəb Quliyeva və Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Salatın Hacıyeva mövzu ilə bağlı çıxış edərək - Narkotizimlə mübarizə uzunmüddətli, çoxşaxəli bir proses olduğunu, Narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifə olduğunu, Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan və sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi gənclərin maarifləndirilməsi olduğunu, narkomaniya ilə mübarizə kampaniya xarakterli olmadığını,davamlı siyasət olduğunu bildirmişlər. Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.













