Türkiyədə güclü zəlzələ olub
Türkiyənin mərkəzində 5,3 bal gücündə zəlzələ baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Zəlzələnin episentri təxminən 129.000 insanın yaşadığı Tokat şəhərindən 46 km şimalda, ocağı 6 km dərinlikdə yerləşib.
Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.
Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) isə Tokat vilayətində yerli vaxtla saat 03:35-də 5.5 bal gücündə zəlzələ baş verdiyini bəyan edib. Zəlzələ Tokat daxil olmaqla Samsun, Çorum, Amasiya, Sinop və ətrafdakı bir çox vilayətdə hiss olunub.








