Teymur Musayev: Özəl xəstəxanalarda onkoloji yardım göstərilməsi üçün xüsusi və ciddi tələblər hazırlanıb

Teymur Musayev: Özəl xəstəxanalarda onkoloji yardım göstərilməsi üçün xüsusi və ciddi tələblər hazırlanıb

26 Fevral 2026

Özəl tibb müəssisələrində onkoloji yardım həyata keçirmək üçün xüsusi və ciddi tələblər hazırlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səhiyyə naziri Teymur Musayev "Ana harayı" abidəsini ziyarəti edərkən jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri xidmət göstərəcək.