İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi 1 il uzadılır
İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi 1 il uzadılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı "Tibbi sığorta haqqında" qanuna dəyişiklik təklif edilir.
Qanun layihəsi parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirə olunub.
Qeyd edilib ki, qanuna əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.
Dəyişikliyə görə, sözügedən maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.








