Şərur rayonunda hüquqpozmalara dair tədbir keçirilib

Şərur rayonunda hüquqpozmalara dair tədbir keçirilib

18 Fevral 2026

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirliyi və Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin əməkdaşları ilə birgə Şərur rayon İcra Hakimiyyətində “Məişət zorakılığı, erkən nikah, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə Şərur rayon İcra Hakimiyyəti Başçısının müavini Aysel Zellabdinova açaraq mövzunun əhəmiyyətindən danışıb.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliyinin əməkdaşı Azadə Əliyeva, Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirliyinin əməkdaşı Nigar Səfərova və Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin əməkdaşı Kənan Məmmədov mövzu ilə bağlı çıxış ediblər.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.