Ötən ay əlilliyi olan 10 min 600 nəfərə reabilitasiya xidmətləri göstərilib

Ötən ay əlilliyi olan 10 min 600 nəfərə reabilitasiya xidmətləri göstərilib

18 Fevral 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yanvar ayında əlilliyi olan 10 min 600 nəfəri reabilitasiya xidmətləri ilə təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, onlardan 5100 nəfərə ambulator, 2800 nəfərə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, hippoterapiya istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.

Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, son illər qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, rəqs terapiyası, hippoterapiya və s.) da tətbiq edilir.

Əlilliyi olan şəxslərə stasionar və ambulator şəraitdə, habelə icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.