“Zəfərdən Suverenliyə: Qanla yazılan tarix” forumu Naxçıvanda keçirildi - FOTO
Fevralın 17-də Naxçıvan Dövlət Universitetinin İnnovasiyalar Mərkəzində “Zəfərdən Suverenliyə: Qanla yazılan tarix” adlı forum təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə reallaşıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, forumun əsas məqsədi 44 günlük Vətən müharibəsinin nəticələrinin gənclərə çatdırılması, milli suverenlik və dövlətçilik ideyalarının aşılanması olub. Açılış mərasimi Dövlət Himni və şəhidlərin xatirəsinin anılması ilə başlayıb.
Forumda “Gənclərin Töhfəsi” İctimai Birliyinin rəhbərləri, NDU nümayəndələri, millət vəkilləri, şəhid ailələrinin üzvləri, müxtəlif qurumların təmsilçiləri çıxış ediblər. Spikerlər Zəfərin təkcə hərbi deyil, həm də siyasi, ideoloji və hüquqi anlamda dönüş nöqtəsi olduğunu vurğulayıblar.
Tədbirdə gənclərin dövlət quruculuğunda rolu, milli dəyərlərin qorunması, intellektual və texnoloji inkişafın əhəmiyyəti müzakirə olunub. Forum çərçivəsində ictimai fəallara plaketlər təqdim edilib, şeirlər səsləndirilib və müzakirə panelləri keçirilib.
Tədbir iştirakçıların xatirə fotosu və çay-kofe fasiləsi ilə yekunlaşıb.



















