Naxçıvanda kənd təsərrüfatı istehsalı cüzi artıb

Naxçıvanda kənd təsərrüfatı istehsalı cüzi artıb

18 Fevral 2026

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 9,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % çoxdur.

Ötən il muxtar respublikada istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,1 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 9,6 milyon manat təşkil edib.